Onlar Türkiyə yığmasına lazım olmadı

İki futbolçu Türkiyə milli komandasının heyətindən kənarlaşdırılıb. İrfan Can Khveci (Fənərbaxça) ilə Orkun Kökçü (Feyenoord) klublarına qayıdıblar.

Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Kiçik zədələri olan futbolçuların xidmətindən qarşıdakı matçda istifadə olunmayacaq.

Qeyd edək ki, Türkiyə yığması ilk yoldaşlıq oyununda Şotlandiyanı 2:1 hesabı ilə məğlub edib. Ay-ulduzlular noyabrın 19-da Çexiya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right