DÇ-2022: İngiltərə millisində ciddi itki

İngiltərə millisi mundialın ilk oyununa itkilərlə çıxacaq.

Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki,  Kayl Uoker Qətərdə keçiriləcək dünya çempionatının birinci oyununda iştirak edə bilməyəcək. 

32 yaşlı müdafiəçi Premyer Liqanın 9-cu turunda “Mançester Yunayted”lə oyunda (6:3) zədələndikdən sonra əməliyyat edilib.

Təcrübəli futbolçunun mundialın İrana qarşı keçiriləcək ilk matçında oynamayacağı dəqiqləşdi. 

İngiltərənin İranla matçı noyabrın 21-i baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right