Mançininin yubiley qələbəsi

İtaliya millisinin baş məşqçisi Roberto Mançini tarixi qələbə qazanıb.

Newsport.az xəbər verir ki, bu ölkənin milli komandası yoxlama oyununda Albaniyanı 3:1 hesabı ilə məğlub edib.

Bununla da, 57 yaşlı baş məşqçi 35-ci qələbəsini qazanıb. Mançini hazırda bu göstəriciyə görə İtaliya milli komandasının tarixində üçüncü pillədə yer alır.

Siyahıya Vittorio Pozzo başçılıq edir (65). İkinci yerdə Enzo Bearzot (51) qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right