"Çelsi"nin sabiq futbolçusu karyerasını bitirib

İngiltərə millisinin və "Çelsi" klubunun sabiq futbolçusu Qari Keyhill karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, müdafiəçi 37 yaşında futbolla vidalaşıb.

Qeyd edək ki, Qari Keyhill 2012 - 2019-cu illərdə London təmsilçisinin formasını geyinib. O, bu müddət ərzində iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə UEFA Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub. Keyhill son olaraq "Bornmut"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right