Aleks bu klubun baş məşqçisi oldu

Braziliya yığmasının və Türkiyənin "Fənərbağça" klubunun keçmiş futbolçusu Aleks De Souzanın yeni iş yeri məlum olub.

Newsport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Braziliya B Seriyasında mübarizə aparacaq "Avai"ni çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Alekslə 2023-cü il mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Aleks De Souza daha əvvəl "San Paulo"nun U-20 komandasını çalışdırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right