"Barselona" fransalının müqavilə müddətini artırmaq istəyir

"Barselona"nın prezidenti Xuan Laporta Usman Dembele ilə müqavilə müddətini uzatmaq istədiyini bildirib.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçunun ötən yay kataloniyalılarla müqavilə müddəti başa çatsa da, klubla yeni müqavilə imzalamışdı.

Hazırda fransalı vingerin müqaviləsi 2024-cü ilin yayına kimidir.

Laporta Dembelenin komandada qalıb-qalmaması haqda bu cür danışıb: "Usman komandada xoşbəxtdir və motivasiyası da yüksəkdir. Müqaviləni yeniləmək barədə danışmağa vaxtımız olacaq".

​25 yaşlı futbolçu 2017-ci ildə “Borussiya”dan (Dortmund) “Barselona”ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right