"Barselona"nın kapitanı Serxio Busketsin klubdakı hələ də qeyri-müəyyən olaraq qalır.
Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 34 yaşlı yarımmüdafiəçi ilə müqaviləni uzatmağı gözləyir. Lakin müqavilə imzalanana qədər klubda hələ çoxlu addımlar atılmalıdır.
Daha əvvəl mediada dəfələrlə xəbər verildiyi kimi, Buskets özü həqiqətən də 2023-cü ilin yayında - hazırkı müqaviləsi başa çatdıqdan sonra "Barselona"nı tərk etməyi düşünür.İspaniyalı oyunçu ilə Səudiyyə Ərəbistanından iki klubu maraqlanır. Lakin yarımmüdafiəçinin özü karyerasını MLS (ABŞ çempionatı) klublarının birində davam etdirməyə üstünlük verir .
Qeyd edək ki, Busqets bu mövsüm 16 görüşdə bir qol ötürməsi ilə yadda qalıb. Ümumilikdə, o, komandanın heyətində 696 oyun keçirib, 18 qol vurub və 44 qolun ötürməsini verib.