Ten Haq Ronaldo ilə bağlı qərarını rəhbərliyə bildirdi

"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq klub rəhbərliyi ilə görüşüb.

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, görüş zamanı komandanın hücumçusu Kriştiano  Ronaldonun qalmaqallı müsahibəsi müzakirə olunub. Mütəxəssis bildirib ki, portuqaliyalı futbolçu söylədiyi fikirlərə görə daha komandada oynaya bilməz.

Hazırda “Mançester Yunayted” bu vəziyyətdə ən yaxşı həll yolunu seçmək üçün hüquqi məsləhətləşmələr aparır. Ten Haq əmindir ki, Ronaldo yaxşı formadadır və mövsümün ikinci hissəsində komandaya kömək edə bilər. Amma baş məşqçi bunun üçün komandadaxili birliyi qurban vermək istəmir. Baş məşqçi uyğun əvəzləyici tapa bilməsə belə, onunla yanvarda yolların ayrılmasını istəyir.

Xatırladaq ki, Ronaldo "Mançester Yunayted"in onu qovmağa çalışdığını, baş məşqçi Erik Ten Haqdan hörmət görmədiyini bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right