"Napoli" Spalettiyə yeni müqavilə təklif etdi

"Napoli" baş məşqçisi Luçano Spaletti ilə müqavilə müddətini yeniləmək istəyir.

Newsport.az "Calciomercato"ya istinadən xəbər verir ki, artıq tərəflər arasında danışıqlar başlayıb.

Müqavilə müddəti artırılarsa, Spaletti 2025-ci ilə qədər komandanın baş məşqçisi olacaq. 

63 yaşlı mütəxəssis 2021-ci ildən Neapol klubunu çalışdırır.

​O, “Udineze”, “Roma”, “Zenit”, “İnter”də baş məşqçi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right