Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Rusiyanın "Rubin" klubu baş məşqçisi Leonid Slutski ilə yollarını ayırıb.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis öz istəyi ilə postunu tərk edib.

Slutski bu gün klubun bazasında komanda ilə vidalaşıb. O, göstərilən etimada görə, klub rəsmilərinə, azarkeşlərə, futbolçulara və şəhər rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, Leonid Slutski 2019-cu ildən "Rubin"də işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right