Almaniya millisinin üzvü "Barselona"ya keçə bilərmiş

"Real" və Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger İspaniya mətbuatına danışıb.

Newsport.az xəbər verir ki, "AS" nəşrinə danışan almaniyalı futbolçu "Çelsi"dən ayrıldıqdan sonra "Barselona"ya da keçmək ehtimalı olub:

"Çelsi" və "Real"ın təklifini dəyərləndirmək istədim. Londonda qalmaq ehtimalım az deyildi. Yeri gəlmişkən, "Barselona" da mənə maraq göstərirdi. Amma "Real"da oynamaq xəyalım var idi. Əsasən paytaxt komandalarında oynamağı sevirəm. Digər tərəfdən də, Benzema və Kroosla oynamaq imkanını qaçırmaq istəmirdim".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right