"Beşiktaş"dan ayrılan məşqçi aşağı liqa klubunu çalışdıra bilər

"Beşiktaş"ın yollarını ayırdığı Valeryen İsmael İngiltərəyə yollanıb.

Newsport.az-ın məlumatına görə, fransalı mütəxəssis "Luton"la danışıqlar üçün Britaniyaya uçub.

Çempionşip təmsilçisi boş qalan posta 47 yaşlı məşqçini gətirmək niyyətindədir.

"Luton" hazırda Çempionşipdə 20 turdan sonra 9-cu sıradadır.

Bu il "Beşiktaş"a baş məşqçi təyin edilmiş İsmael ötən ay tutduğu vəzifədən uzaqlaşdırılmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right