Yığmamızın üzvü oynamadı, komandası qalib gəldi

Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, U-21 yığmamızın üzvü Emil Musatafayevin formasını geyindiyi "Aleksandriya" növbəti matçına çıxıb.

Onun komandası "Veres"lə üz-üzə gəlib.

Mustafayevin məxsus olduğu klub bu görüşü 3:2 qalib başa vurub.

Yığmamızın üzvü sona qədər ehtiyatda qalıb.

“Aleksandriya” 13 turdan sonra 23 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right