"Atalanta" Merih Demiralı Türkiyə millisinə buraxmadı

"Atalanta"nın müdafiəçisi Merih Demiral Türkiyə milli komandasının heyətindən kənarlaşdırılıb.

Newsport.az-ın məlumatına görə, futbolçu klubunun tələbi ilə yığmanın düşərgəsinə qatılmayacaq. Türkiyə Futbol Federasiyasının (TFF) yaydığı açıqlamada deyilir:

"Atalanta"da forma geyinən Merih Demiral klubunun "Atalanta" - "İnter" matçından sonra göndərdiyi tələbə əsasən FIFA-nın oyunçuların statusu və transfer təlimatının 1-ci fəslinin 1-ci maddəsinin 6-cı bəndinə görə, milli komandanın heyətindən çıxarılıb".

Qeyd edək ki, Türkiyə yığması noyabrın 16-sı Şotlandiya, 19-u isə Çexiya ilə yoldaşlıq oyunu keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right