İngiltərə 7-ci liqasında mübarizə aparan "Aşton Yunayted" "Mançester Siti"in hücumçusu Erlinq Haalandı heyətinə qatmaq istəyir.
Newsport.az-ın məlumatına görə, klub norveçli forvardı dünya çempionatı boyunca icarəyə götürmək arzusundadır. Bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Ağ-qırmızılar" 22 yaşlı qolçunu 28 günlük icarəyə götürmək üçün "Mançester Siti"yə rəsmi təklif göndərib.
Qeyd edək ki, dünya çempionatı 20 noyabr-18 dekabr tarixləri arasında Qətərdə baş tutacaq. Erlinq Haalandın formasını geyindiyi Norveç yığması mundiala vəsiqə qazana bilməyib.