Millimizlə oyuna yeni futbolçular dəvət edildi

Azərbaycan və Rumıniya yığmaları ilə yoxlama görüşü keçirəcək Moldova millisi heyətə iki futbolçu cəlb edib.

Newsport.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Sergey Kleşenko "Petrokub"un yarımmüdafiəçisi Yaser Tsurkan və "Sfintul George”dən müdafiəçisi Mixail Ştefana millidə oynamaq şansı yaradıb.

Bu iki futbolçu Maksim Kojokaru və Vyaçeslav Posmakın əvəzləyib.

Moldova millisi noyabrın 16-da Azərbaycanla, 4 gün sonra isə Rumıniya yığması ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right