DÇ-2022: Fransa millisində növbəti itki

Qətərdə keçiriləcək dünya çempionatı öncəsi Fransa millisində daha bir itki yaşanıb.

Newsport.az-ın məlumatına görə, PSJ-nin müdafiəçisi Presnel Kimpembe də mundialda olmayacaq.

O, zədələndiyinə görə mötəbər turnirdə oynaya bilməyəcək.

Onu əvəzləyəcək futbolçunun adı da artıq məlumdur.

Belə ki, “Monako”nun müdafiəçisi Aksel Disasi milliyə cəlb olunub.

Xatırladaq ki, Fransa millisi D qrupunda Danimarka, Tunis və Avstraliya yığması ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right