Mahir Emreli istefaya səbəbkar oldu

Xorvatiyanın "Riyeka" klubunun baş məşqçisi Serce Kosmi istefaya göndərilib.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 64 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, "Riyeka" Xorvatiya çempionatının 17-ci turunda "Dinamo"ya 2:7 hesabı ilə məğlub olub. Həmin qarşılaşmada Zaqreb təmsilçisində çıxış edən Mahir Emreli 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right