"Beşiktaş"dan ayrılan məşqçi aşağı liqa klubunu çalışdıra bilər

"Beşiktaş"ın yollarını ayırdığı Valeryen İsmael İngiltərəyə yollanıb.

Newsport.az "The Times"a istinadən xəbər verir ki, fransalı mütəxəssis "Luton"la danışıqlar üçün Britaniyaya uçub.

Çempionşip təmsilçisi boş qalan posta 47 yaşlı məşqçini gətirmək niyyətindədir.

"Luton" hazırda Çempionşipdə 20 turdan sonra 9-cu sıradadır.

Bu il "Beşiktaş"a baş məşqçi təyin edilmiş İsmael ötən ay tutduğu vəzifədən uzaqlaşdırılmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right