“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 16-cı turunda “Fulhem”lə oyunu buraxa bilər.
Newsport.az-ın məlumatına görə, 37 yaşlı futbolçu klubun bazasına getməyib. Daha sonra portuqaliyalı oyunçu komanda ilə Londona uçmayıb.
"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq daha əvvəl Ronaldonun xəstə olduğunu bildirmişdi. O, bu səbəbdən İngiltərə Liqa Kubokunun 1/16 finalında "Aston Villa" ilə görüşü buraxmışdı.
Qeyd edək ki, "Mançester Yunayted" - "Fulhem" matçı sabah keçiriləcək.