“Onunla müqayisə ediləndə çox sevinirəm” Gürcü futbolçu

“Napoli”nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya klubun əfsanəsi Dieqo Maradona ilə müqayisə edilməsinə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, gənc futbolçu azarkeşlərin müqayisəsinin onu xoşbəxt etdiyini deyib:

“Maradona ilə müqayisə olunmaqdan söz düşmüşkən, düşünürəm ki, heç kim onunla müqayisə oluna bilməz, o, futbol əfsanəsi idi. Onun kimi futbolçunun gələcəkdə meydana çıxacağını gözləmək çox çətindir.

Təbii ki, azarkeşlər məni onunla müqayisə edəndə çox sevinirəm. Bu, mənim üçün çox şey deməkdir. Kimsə sizi belə bir oyunçu ilə müqayisə edərsə, yalnız bununla fəxr edə və xoşbəxt ola bilərsiz”.

21 yaşlı gürcü 2022-ci ilin iyulunda “Napoli”yə keçib. O, İtaliya klubunun heyətində 17 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right