İspaniya millisinin tarixində yeni rekord qeydə alınıb.
Newsport.az-ın məlumatına görə, bu, "Barselona"nın futbolçusu Qavinin DÇ-2022 üçün yığmaya çağırılması ilə dəqiqləşib. Nəticədə 18 yaşlı yarımmüdafiəçi mundiallara görə milliyə dəvət olunan ən gənc futbolçu adını qazanıb.
Əvvəlki rekord Sesk Fabreqasa məxsus idi -19 yaş.