"Arsenal" ukraynalı üçün 60 milyon avro xərcləyəcək

"Arsenal" "Şaxtyor" və Ukrayna millisinin yarımmüdafiəçi Mixail Mudriki transfer etməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, London klubu yarımmüdafiəçi üçün klubuna 60 milyon avro təklif edib. 

Ukraynalının keçidi bu qış baş tuta bilər.

Əslində, London klubu mövsümün əvvəlində Mudriki heyətinə qatmaq istəyib. 

Amma transfer şərtlərində razılıq əldə edilməmişdi. 

"Şaxtyor" Mudrik üçün gələcək 60 milyonluq təklifi gözdən keçirməyə hazırdır.

"Metalist"( Xarkov) yetirməsi olan futbolçu "Dnepr"də də çıxış edib. 

2016-cı ildən isə Mudrik "Şaxtyor"da oynayır. O, bu mövsüm bütün yarışlarda 15 oyunda 8 qol, 7 assistlə yadda qalıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right