Ançelottidən boş qapını nişan ala bilməyən Modriç haqda zarafat

"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 14-cü turunda ötən gecə "Kadis"lə oyunda Luka Modriçin topu boş qapıya göndərə bilməməsinə münasibət bildirib.

Newsport.az xəbər verir ki, italyan mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında epizod haqda zarafatla danışıb:

"Həmin epizodu görəndə dedim Modriçin bəxti gətirib ki, Xorvatiya millisinin dünya çempionatı üçün heyəti artıq açıqlanıb".

Qeyd edək ki, Xorvatiya millisinin 37 yaşlı kapitanı yığmanın mudial üçün heyətində yer alıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right