Pike: "Futbol köhnəlib"

"Barselona"dan ayrılaraq karyerasını başa vuran Jerar Pike futbolun gələcəyindən danışıb.

Newsport.az xəbər verir ki, 35 yaşlı hücumçu futbolda bəzi qaydaların dəyişməli olduğunu düşünür:

“Biz uzun illərdir mövcud olan qaydaları dəyişdirməyə çalışmalıyıq. Çətin olduğunu başa düşürəm. Ancaq bu, bütün idman növlərində olur. Diqqəti cəlb etmək üçün bir yol tapmalıyıq. İndi dünyada idmanla yanaşı, bir çox fərqli məzmun var. Bir neçə saatınız var və bu müddət ərzində mümkün qədər çox məlumat əldə etmək istəyirsiniz. Mənim fikrimcə,90 dəqiqə çox uzundur. Biz daha maraqlı olacaq yeni qaydalar axtarmalıyıq. Məndə elə bir hiss var ki, indi futbol bir məhsul kimi köhnəlib”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right