Dünya çempionatı öncəsi Almaniya millisində ciddi itki

Almaniya millisi DÇ-2022-dən əvvəl ciddi itki ilə üz-üzə qalıb.

Newsport.az "reuters"ə istinadən xəbər verir ki, "Borussiya"nın (Dortmund) futbolçusu Marko Roys zədələnib. 

Dortmund klubunun kapitanı topuğundakı zədə səbəbindən Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək. 33 yaşlı yarımmüdafiəçi Bundesliqanın 13-cü turunda “Bohum”la (3:0) görüşdə zədələnib.

Almaniya millisi mundialda E qrupunda İspaniya, Kosta Rika və Yaponiya ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right