Pike "Barselona"nın prezidenti olacaq?

Bu yaxınlarda peşəkar karyerasını başa vurduğunu elan edən "Barselona"nın sabiq müdafiəçisi Jerar Pike Kataloniya klubunun prezidentliyi uğrunda mübarizəsindən danışıb.

Newsport.az "Barca Universal"a istinadən xəbər verir ki, o deyib: “Mən “Barselona”nın prezidenti olacağam? Bu barədə hələ düşünmürəm. Hal-hazırda görməli olduğum bir çox başqa işlərim var. Ancaq həyatımın klubuna bacardığım qədər kömək etmək istərdim".

Qeyd edək ki, hazırda "Barselona"nın prezidenti Joan Laportadır. Klubda növbəti seçkilər 2025-ci ildə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right