"Qalatasaray"ın müdafiəçisi sıradan çıxdı

Türkiyənin "Qalatasaray" klubunun heyətində itki baş verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin müdafiəçisi Matias Ross sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Türkiyə Kubokunun "Ofspor"la matçında (2:1) zədələnən danimarkalı futbolçunun düz bağlarında gərilmə aşkarlanıb. 21 yaşlı mərkəz müdafiəçisi dünya çempionatından sonra yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, "Qalatasaray" Matias Rossu mövsümün əvvəlində Danimarkanın "Olborq" klubundan transfer edib. O, "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right