Mövsüm ərzində ən çox qol vuran futbolçuya təqdim olunan "Qızıl buts" mükafatının qalibi məlum olub.
Newsport.az-ın məlumatına görə, mükafatı "Barselona"nın hücumçusu Robert Levandovski qazanıb. Polşalı forvarda "Qızıl buts" təqdim olub.
Qeyd edək ki, Robert Levandovski 2021/2022 mövsümündə "Bavariya"nın heyətində Almaniya Bundesliqasında 35 qol vurub.