Ulduz futbolçu dünya çempionatını buraxacaq

"Bavariya"nın hücumçusu Sadio Mane Bundesliqanın 14-cü turunun "Verder"lə matçında (6:1) zədələnib.

Newsport.az-ın məlumatına görə, ulduz futbolçunun dünya çempionatını buraxmaq ehtimalı yüksəkdir. "L'Equipe" nəşrinin yazdığına görə, Seneqal millisinin üzvü Qətərdə keçiriləcək mundialda iştirak edə bilməyəcək.

Qeyd edək ki, dünya çempionatı 20 noyabrda start götürüb, dekabrın 18-də başa çatacaq. Seneqal yığması A qrupunda Ekvador, Niderland və meydan sahibi Qətərlə birlikdə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right