"Beşiktaş"ın ulduzu əməliyyat olundu

"Beşiktaş"ın futbolçusu Raşid Qezzal əməliyyat olunub.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçinin ABŞ-da baş tutan əməliyyatı uğurla yekunlaşıb. Əlcəzairli vinger tez bir zamanda reabilitasiya dönəminə başlayacaq.

Qeyd edək ki, Raşid Qezzal cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 5 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right