Bir oyunda 10 qırmızı vərəqə

Argentinada “Boka Xuniors” və “Rasinq” komandaları arasında keçirilən Çempionlar Kubokunun final oyununda 10 futbolçu qırmızı vərəqə alıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın əsas vaxtında hər iki komandadan bir oyunçu meydandan qovulub. Həmin vaxt hesab bərabər olub – 1:1.

118-ci dəqiqədə “Rasinq”in qolundan sonra insident baş verib. Baş hakim Fakundo Tello daha bir neçə futbolçuya qırmızı vərəqə göstərib. “Boka Xuniors”un 7 üzvü meydandan kənarlaşdırıldığı üçün “Rasinq” qalib elan edilib. “Rasinq”in heyətində isə 3 futbolçu “qırmızı” ilə cəzalandırılıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right