Azərbaycanlı boksçular Polşaya yollandı

Noyabrın 9-da Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək.

Newsport.az-ın məlumatına görə, 5 gün davam edəcək yarışda Azərbaycan yığması 13 idmançı ilə təmsil olunacaq.

Yığmanın məşqçilər korpusu yarışda Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Əliyev, Alfonso Dominqes (hər ikisi 86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Yığmamız bu gün Polşaya yollanıb. Onlar noyabrın 14-də Vətənə qayıdacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right