"Fənərbaxça"nın keçmiş futbolçusu karyerasını bitirir

Braziliyalı futbolçu Dieqo Ribas karyerasını bitirir.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi 13 noyabr tarixində peşəkar karyerasının son matçına çıxacaq. "Flamenqo"da çıxış edən futbolçu Braziliya A Seriyasının "Avai" ilə matçından sonra futbolla vidalaşacaq.

Braziliya milli komandasının keçmiş üzvü olan Dieqo Ribas karyerası ərzində "Portu", "Verder", "Yuventus", "Atletiko" və "Fənərbaxça"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right