Braziliya milli komandasının Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Newsport.az-ın məlumatına görə, 5 qat dünya çempionlarının baş məşqçisi Tite mundial üçün 26 futbolçuya dəvət göndərib.
Qeyd edək ki, dünya çempionatı 20 noyabr-18 dekabr tarixlərində baş tutacaq. Braziliya yığması G qrupunda İsveçrə, Kamerun və Serbiya ilə mübarizə aparacaq.
