Latviya 1-ci liqasında XVIII turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası "1625 Liepaya" da növbəti matçına çıxıb. Əsgərovun komandası səfərdə "Olaine" ilə qarşılaşıb. Hesabı ilk yarıda meydan sahibləri açıblar. Amma start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar 78-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb. O, 81-ci dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Vüqar Latviya klubunda keçirdiyi bütün oyunlarda qol vurub. O, 5 oyuna 6 qol vurub.