Dadaşov Almaniyada qol vurdu, komandası qalib gəldi

Almaniyanın Qərb Regional Liqasında 15-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin sabiq forvardı Renat Dadaşovun formasını geyindiyi "Şalke-2" növbəti oyununu keçirib. Belə ki, Helzenkirhen təmsilçisi "Boholt"la qarşılaşıb.

Görüş Dadaşovun komandasının 8:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizdə çıxış etmiş forvard 6-cı dəqiqədə komandasının ilk qolunu vurub. Bununla da, o, mövsümdə dördüncü qoluna imza atmış olub.

Hazırda "Şalke-2" 24 xalla 5-ci pillədədi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right