Pedrinin nifrəti

“Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Pedri məğlubiyyətlərə dözməyin onun üçün çətin olduğunu etiraf edib.

Newsport.az-ın məlumatına görə, Pedri uduzmağa nifrət etdiyini bildirib:

“Məğlubiyyəti çox ağır qəbul edirəm. Mən bütün sahələrdə, hətta video oyunlarında uduzmağa nifrət edirəm. Uduzsam, Messi və ya Kriştiano Ronaldoya təslim olmağa üstünlük verərdim.

Azarkeşlərə cəlbedici, yaxşı oynanan futbol təqdim etməyi xoşlayıram. Amma düzünü desəm, həmişə oyundan həzz almırsız. Qalib gələndə sevinirsən. Bu, əsas məqsəddir”.

Pedri 2020-ci ildə “Las Palmas”dan “Barselona”ya keçib. Bu mövsüm 19 yaşlı futbolçu “Barsa” ilə 12 matçda iştirak edib və iki qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right