Millinin baş məşqçisi ilə yeni müqavilə imzalandı

Rusiya Futbol İttifaqı (RFS) milli komandanın baş məşqçisi Valeri Karpinlə yeni müqavilə imzalayıb.

 

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, sözləşmənin müddəti 2024-cü il avqustun 1-dək nəzərdə tutulub.

 

53 yaşlı mütəxəssisin hazırkı köməkçiləri də yığmadakı işlərini davam etdirəcək.

 

Qeyd edək ki, Valeri Karpin 2021-ci ilin iyulundan Rusiya seçməsinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında keçirdiyi 8 oyunda 6 qələbə qazanıb, bir dəfə heç-heçə edib, eyni sayda isə məğlubiyyət alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right