"Frayburq" Bakıya 3 itki ilə gəlir

Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la qarşılaşacaq "Frayburq"un heyətində itkilər var.

Newsport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Kristian Ştrayx oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müdafiəçi Manuel Qulde və yarımmüdafiəçilər Merlin Röllə Jonatan Şmid zədə səbəbindən Bakıya gəlməyəcək.

Qeyd edək ki, noyabrın 3-də  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matç saat 21:45-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right