Luis Suares bu kluba keçəcək

Uruqvaylı futbolçu Luis Suaresin yeni klubu bəlli olub.

Newsport.az RAC1-ə istinadən xəbər verir ki, hazırda ölkəsində "Nasyonal"da çıxış edən 35 yaşlı hücumçu ABŞ-ın "Los-Anceles Qalaksi" klubuna keçəcək. Tərəflərin tam razılığa gəldiyi bildirilib.

Qeyd edək ki, "Barselona"nın sabiq futbolçusu ilə hazırkı klubunun müqaviləsi 2022-ci ilin sonuna qədərdir. Bu mövsüm 16 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan forvard "Nasyonal"la Uruqvay çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right