Xorvatiyalı forvard İstanbul nəhənginə keçə bilər

"Qalatasaray" qışda heyətini xorvatiyalı forvardla gücləndirmək niyyətindədi.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Xorvatiyanın "Osiyek" klubunda hücumçusu Dion Drena Belyo ilə maraqlanır.

"Vest Hem" və "Sampdoriya"nın da transfer siyahısında yer alan hücumçunun transfer qiyməti 4,5 milyon avrodu.

“Çibalia” yetirməsi olan forvard 2019-cu ildən “Osiyek”də oynayır. Xorvatiyanın U-21 yığmasının forvardı ötən mövsümü icarə əsasında “İstra”ada keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right