Çempionlar Liqasında antirekord yeniləndi

Şotlandiyanın “Reyncers” klubu UEFA Çempionlar Liqasında antirekordu yeniləyib.

Newsport.az xəbər verir ki, ölkə çempionu qrup mərhələsində top fərqinə görə uğusuzluqla üzləşib.

Son olaraq Niderland “Ayaks”ına 1:3 hesabı ilə uduzan komanda 6 matçda qapısında 22-ci topu görüb. Cəmi iki qolla yadda qalan “Reyncers” yarışı – 20 top fərqi ilə başa vurub.

Əvvəlki antirekord Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsus olub. Paytaxt təmsilçisi 2011/12 mövsümündə 22 top buraxsa da, üç qol vura bilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right