"Bavariya" bu mövsüm Çempionlar Liqasında uğurlu çıxışları ilə fərqlənir.
Newsport.az xəbər verir ki, Yulian Naqelsmannın komandası qrup mərhələsində 6 oyunun hamısını qələbə ilə başa vurub.
Münhen təmsilçisi bu mövsüm bunu bacaran yeganə komandadır. Bu gün keçiriləcək 8 oyunun nəticələri də sözügedən statistikanı dəyişməyəcək.
Qeyd edək ki, "Bavariya" C qrupunda "Barselona", "Viktoriya" (Plzen) və "İnter"lə mübarizə aparıb.