ÇL-də qrup mərhələsinə yekun vurulur Yenilənir

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulacaq.

Newsport.az xəbər verir ki, 6-cı turun son oyun günündə E, F, G və H qruplarının görüşləri keçiriləcək.

E qrupunda “Milan” doğma meydanda “Zalsburq”u sınağa çəkəcək. “Qırmızı-qaralar”a qrup 2-cisi olmaq üçün heç-heçə də kifayət edəcək. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su isə İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş “Çelsi”nin qonağı olacaq. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda “Zalsburq”un “Milan”a uduzmasını gözləmilidir.

F qrupunda əsas diqqət Donetsk “Şaxtyor”u ilə “Leyptsiq” arasındakı görüşə yönələcək. Növbəti mərhəyə adlamaq üçün Bundesliqa təmsilçisini heç-heçə də qane edəcək. Donetsk klubu isə ÇL-də mübarizəni davam etdirmək üçün rəqibini məğlub etməlidir. Əks halda “Dinamo” yoluna Avropa Liqasında davam edəcək.

G qrupunda Dortmund “Borussiya”sı “Kopenhagen”lə, “Mançester Siti” isə “Sevilya” ilə qarşılaşacaq. Bu qrupda Mançester və Dortmund təmsilçiləri Çempionlar Liqasının, “Sevilya” isə Avropa Liqasının pley-offuna vəsiqəni təmin edib. Odur ki, bu matçlar yalnız qrup qalibini müəyyənləşdirmək baxımından önəm daşıyır.

Nəhayət, D qrupunda isə növbəti mərhələyə çıxması dəqiqləşən komandalardan PSJ “Yuventus”u, “Benfika” isə Hayfa “Makkabi”si ilə üz-üzə gələcək. Bu görüşlərin nəticəsi həm qrup qalibinin, həm də Avropa Liqasına düşən kollektivin adına aydınlıq gətirəcək.

Daha əvvəl İtaliyanın “Napoli” və “İnter”, İngiltərənin “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Tottenhem”, Almaniyanın “Bavariya”, “Borussiya” (Dortmund) və “Ayntraxt” (Frankfurt), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Belçikanın “Brügge”, Portuqaliyanın “Benfika” və “Portu” komandaları pley-offa vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
2 noyabr

E qrupu

00:00. Çelsi (İngiltərə) – Dinamo (Zaqreb, Xorvatiya)
00:00. Milan (İtaliya) – Zalsburq (Avstriya)

Xal: Çelsi – 10. Milan – 7. Zalsburq – 6. Dinamo – 4.

F qrupu

21:45. Real (İspaniya) – Seltik (Şotlandiya)
21:45. Şaxtyor (Donetsk, Ukrayna) – Leypsiq (Almaniya)

Xal: Real – 10. Leypsiq – 9. Şaxtyor – 6. Seltik – 2.

G qrupu

00:00. Kopenhagen (Danimarka) – Borussiya (Dortmund, Almaniya)
00:00. Mançester Siti (İngilttərə) – Sevilya (İspaniya)

Xal: Mançester Siti – 10. Borussiya – 8. Sevilya – 5. Kopenhagen – 2.

H qrupu

00:00. Yuventus (İtaliya) – PSJ (Fransa)
00:00. Makkabi (Hayfa, İsrail) – Benfika (Portuqaliya)

Xal: PSJ – 11. Benfika – 11. Yuventus – 3. Makkabi – 3.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right