Messi Laportanın zənglərinə məhəl qoymur

PSJ-nin hücumçusu Lionel Messi sabiq klubu "Barselona"dan gələn zənglərə məhəl qoymur.

Newsport.az xəbər verir ki, sport.es məlumat yayıb. Kataloniya təmsilisinin prezidenti Joan Laporta bir neçə dəfə argentinalı futbolçuya zəng vurub, lakin o, Messidən cavab ala bilməyib.

İspaniya klubu 35 yaşlı oyunçunu geri qaytarmaq niyyətindədir. Lakin o, "İnter Mayami" ilə danışıqlar apardığı iddia olunu.

Daha əvvəl bildirilmişdi ki, Messi və Amerika klubunun nümayəndələri bir neçə ildir ki, belə bir keçidi müzakirə edir. Devid Bekhemlə birlikdə "İnter Mayami"nin sahibi olan Xorxe və Xose Mas Messinin atası Xorxe Messi ilə danışıqlar aparır.

Qeyd edək ki, Messi bu mövsüm bütün turnirlərdə 17 oyunda 12 qol vurub və 13 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right