Poqba dünya çempionatını buraxacaq

Fransa millisinin üzvü Pol Poqba bu il Qətərdə keçiriləcək dünya çempionatınında iştirak etməyəcək.

Newsport.az xəbər verir ki, bunu futbolçunun agenti Rafael Pimenta Fransa mətbuatına açıqlamasında deyib. “Dünənki və bugünkü tibbi müayinələrdən sonra Poqbanın əməliyyatdan sonra hələ də reabilitasiyaya ehtiyacı olduğunu bildirmək çox ağrılıdır. Bu səbəbdən Pol Qətərdəki mundialda Fransa yığmasına kömək edə bilməyəcək” - deyə Pimenta bildirib.

Bundan əvvəl isə Poqbanın DÇ-2022-yə qədər hazır olacağı idda edilirdi.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Fransa millisi Avstraliya, Danimarka və Tunis yığması ilə birlikdə H qrupunda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right