Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi karyerasını ABŞ-ın MLS liqasında davam etdirə bilər.

Newsport.az "The Athletic"ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun atası Xorxe Messi "İnter Mayami" klubu ilə danışıq aparır.

Tərəflər artıq bir neçə görüş keçiriblər.

Əvəzində, Paris təmsilçisi də argentinalı oyunçunun müqaviləsini yeniləmək üçün danışıqlara start verib.

Qeyd edək ki, "İnter Mayami"nin sahibi İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemdir. Messinin PSJ ilə sözləşməsi 2023-cü ildə başa çatmalıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right