İlk dəfə İsveç çempionu oldular

İsveç çempionatında mövsümün qalibi müəyyənləşib.

Newsport.az xəbər verir ki, “Haken” sona bir tur qalmış “Göteborq”u 4:0 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib.
 
Komanda 29 turdan sonra 63 xal toplayıb. "Haken"i 57 xalla “Yurqorden” izləyir. Üçüncü pillədə isə 53 xalı olan “Hammarbü” qərarlaşıb.
 
Bu, “Haken”in tarixində ilk çempionluğudur. 1940-cı ildə yaranmış klubun bundan əvvəl ən yaxşı nəticəsi 2012-ci ildə gümüş mükafat qazanması olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right