Xorvatiya milli komandasının dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Zlatko Daliç heyətə 34 futbolçunun adını daxil edib. Yığmanın yekun heyəti 9 noyabr tarixində açıqlanacaq.
Qeyd edək ki, Xorvatiya millisi mundialda F qrupunda Belçika, Kanada və Mərakeşlə birlikdə mübarizə aparacaq.
